Səfir: "Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir"


Siyasət 13 İyn 2018 18:29:00 266 0

Səfir: "Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir"

Özbəkistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və dəstəkləməkdə davam edir.

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov deyib.

Səfir xatırladıb ki, Özbəkistan birinci prezidenti İslam Kərimovun rəhbərliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin tam həllinədək Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişdi:

"Bugünkü gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev dəfələrlə vurğulayıb ki, Daşkəndin münaqişə ilə bağlı mövqeyi dəyişməzdir".

H.Hüseynov hesab edir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı özünü çox yormur.