Azərbaycan Prezidenti: "DÇ-2018 dünyanın əsas idman hadisəsidir"


Siyasət 13 İyn 2018 15:25:02 300 0

Azərbaycan Prezidenti: "DÇ-2018 dünyanın əsas idman hadisəsidir"

"Çempionatın uğurlu olacağına əminəm"

"DÇ-2018 dünyanın əsas idman hadisəsidir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

İlham Əliyev iyunun 12-də qeyd olunan Rusiya Günü və dünya çempionatına hazırlıqların uğurla tamamlanması münasibətilə Putini təbrik edib.

"Çempionatın uğurlu olacağına əminəm. Bütün qonaqlar razı qalacaqlar", - Azərbaycan Prezidenti qeyd edib.