Məşhur caz ifaçıları Beynəlxalq Muğam Mərkəzində


Kriminal 11 İyn 2018 19:23:00 343 0

Məşhur caz ifaçıları Beynəlxalq Muğam Mərkəzində

İyunun 8-də Beynəlxalq Muğam Mərkəzində "Baku Summer Jazz Days" lahiyəsi çərçivəsində Jacky Terrasson və Stephane Belmondo dueti öz yeni TERRAMONDO (Mother) layihəsini tamaşaçılara təqdim etdilər.

Son.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Premier Art Management prodüser agentliyi təşəbbüsü ilə keçirilib.

Tədbirin rəsmi hissəsində Fransanın ölkəmizdəki xanım səfiri Oreliya Buşez çıxış edərək, Bakıda caz günlərinin ənənənə halına çevrilməsindən, Fransanın məşhur caz musiqiçilərinin belə gözəl layihədə olmasından məmnunluğunu bildirdi.

Daha sonra bədii hissədə Jacky Terrasson və Stephane Belmondo dueti öz yeni TERRAMONDO layihəsində maraqlı ifalarını tamaşaçılara təqdim etdilər.

Gecənin aparıcısı tanınmış teleaparıcı Rahib Azəri idi.

acky Terrasson caz pianistləri arasında ən məşhurlardan biri, Fransanın Telerama jurnalına əsasən "xoşbəxtliyin pianoçusu", öz ifası ilə dinləyicilərini düz eyforiya halına gətirən bir sənətkardır.

1993-cü ildə Thelonius Monk yarışındakı qazandığı triumfdan sonra, Jacky Terrasson New York Times jurnalında Amerikanın mədəniyyətini yaxın 30 il ərzində dəyişmə qabiliyyətinə malik olan 30 artist siyahısına daxil edilib.

O,müntəzəm olaraq solist kimi və trio daxilində ən böyük caz festivallarda (Montreal, San Francisco, Montreux, North Sea Jazz, Marciac) və ən prestijli piano festivallarında (Klavier Ruhr Festival, Lucerne, La Roque d'Anthéron, Piano aux Jacobins) iştirak edir. O, həmçinin requlyar olaraq Asiya, ən çox da Yaponiyada, Cənubi Koreyada və Çində, Avropada və ABŞ-ın səhnələrində çıxış edir.


Xəbərə aid fotolar