Xaçmazda DƏHŞƏTLİ cinayətin üstü açıldı VİDEO FOTO


Kriminal 11 İyn 2018 18:40:00 273 0

Xaçmazda DƏHŞƏTLİ cinayətin üstü açıldı  VİDEO  FOTO

Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Həmin şəxsin 51 yaşlı Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib. Etibar Əzizov (mərhumun qardaşı): "Keçən ayın 21-i evdə olub. Görmüşəm. Bu gün eşitdim. Öldürüb, orada basdırıblar".

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrlə meyiti tapılan şəxsin 15 gün əvvəl öldürüldüyü məlum olub. Onun başına balta ilə vurularaq, öldürüldüyü bildirilir. 


Xəbərə aid foto