Amerikalı diplomat: “Azərbaycana təyin olunacaq səfirin adı hələ məlum deyil”


Siyasət 08 İyn 2018 16:34:00 528 0

Amerikalı diplomat: “Azərbaycana təyin olunacaq səfirin adı hələ məlum deyil”

ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfirin adı hələ açıqlanmayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil deyib.  

"Ümidvarıq ki, həmin şəxsin adı tezliklə bəyan ediləcək. Bu arada, mən Azərbaycanda ABŞ səfirinin səlahiyyətlərini icra edən şəxs olaraq çox səylə çalışıram ki, iki ölkə arasında əməkdaşlıq inkişaf etsin və bizim istədiyimiz şəkildə davam etsin", - deyə diplomat söyləyib.