Nikol Paşinyan Qarabağ münaqişəsinin həllini yeni hökumətin əsas prioriteti hesab edir


Siyasət 07 İyn 2018 19:22:36 314 0

Nikol Paşinyan Qarabağ münaqişəsinin həllini yeni hökumətin əsas prioriteti hesab edir

Ermənistan parlamenti yeni hökumətin proqramını bəyənib

Ermənistan parlamenti iyunun 7-də keçirilən növbədənkənar iclasdaölkənin yeni hökumətinin proqramını bəyənib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sənəddə əsas maddələr Rusiya ilə münasibətləri inkişaf etdirmək və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Prezidenti ilə müzakirə edilməsinə hazırlıqla bağlıdır.

Baş nazir Nikol Paşinyanın təqdim etdiyi sənədin lehinə 62, əleyhinə isə 39 deputat səs verib.