Lavrov: "Qarabağ münaqişəsinin həllində tərəflərə kömək etməkdə davam edəcəyik"


Siyasət 07 İyn 2018 16:15:00 296 0

Lavrov: "Qarabağ münaqişəsinin həllində tərəflərə kömək etməkdə davam edəcəyik"

Erməni həmkarımla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik.

Son.az APA-ya istinadən xəbər veirr ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov bildirib ki, Rusiya həm Bakı, həm İrəvanla ikitərəfli, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində digər həmsədr ölkələrlə birlikdə Qarabağ münaqişəsi ilə bağlı tərəflərə qarşılıqlı məqbul sayılan həll yolunu tapmağa kömək etməyə davam edəcək.