Bizim illərdən bəri dediyimizi ermənilər


Siyasət 07 İyn 2018 14:10:12 290 0

Bizim illərdən bəri dediyimizi ermənilər

"Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir".

Bunu Azərbaycanın dövlət başçısı İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışı zamanı söyləyib.

Gerçəkdən də, erməni xalqı indi anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb.

Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur.

Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək.

Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər.

Azərbaycanın dövlət başçısının bəlirlədiyi çox sadə, konkret və dünya birliyinin də anladığı, amma Ermənistanın əvvəlki xuntasının qəbul etmədiyi, indiki marionet baş nazir Nikol Paşinyanın da hələ dərk etməyi bacarmadığı həqiqət var.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır", - İlham Əliyev bəyan etdi.

Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və ermənilər əmin olmalıdır ki, belə tanınma heç zaman olmayacaq.

Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq.

Biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir.

Ermənistanın yeni rəhbərliyinin, daha doğrusu, okeanın o tayında hazırlanıb İrəvanda reallaşdırılmış ssenari əsasında formalaşmış hökumətin və bu hökumətin rəhbəri Nikol Paşiyanın son bəyanatları isə ermənilərin ifrat nikbinliyə qapıldıqlarını göstərir.

Paşinyana, deyəsən, "ustad"ları hələ psixologiyanın təməl prinsiplərindən biri olan "keçid sindromu"nu anlatmayıblar.

Bəsit məsələdi: ifrat nikbin kütlənin ciddi problemlə qarşılaşan kimi ağır depressiyaya qapılmağı labüddür. Yoxsul, ümidsizliyin total ictimai amilə döndüyü, imkan tapanın ölkədən qaçdığı və bu səbəbdən mühacirətin həndəsi silsilə ilə artdığı, milli ideologiyanın "Böyük Ermənistan" idefiksi ilə əvəzləndiyi etnos sürəkli məğlubiyyətlərdən yaxa qurtarmaq ümidi ilə yeni uğursuzluqlar seriyasını, sanki, iplə çəkir.

Belə kütləvi mazoxizmin dirijorları bəlli olsa da, bəlanın nə zaman tükənəcəyi bilinmir. Ermənilər Nikol Paşinyana ümid bəsləyib, insansalar da, bəlli qüvvələrin kreaturası olan bu şəxs İrəvana hələ çox qanlar udduacaq.

Ermənilər Dağlıq Qarabağla və Azərbaycanın işğal olunmuş digər əraziləri ilə bağlı illərdən bəri dediklərimizi indi qismən deməyə başlasalar da...

Orxan Hun Son.az