DİQQƏT! Azərbaycanda saxta avro "fırladanlar" var


Kriminal 07 İyn 2018 14:12:00 297 0

DİQQƏT!  Azərbaycanda saxta avro "fırladanlar" var

İyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, həmin əskinaslar ekspertizaya təqdim olunub.  

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndinin ərazisində saxlanılıb.