Lavrov Ermənistanın XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Siyasət 07 İyn 2018 01:12:30 291 0
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə fikir mübadiləsi aparılacaq
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə keçirilmiş görüşləri kontekstində ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini müzakirə etmək nəzərdə tutulur", - deyə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojin bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə fikir mübadiləsi aparılacaq", -deyə o əlavə edib.
Bu, Ermənistanda hökumət dəyişikliyindən sonra xarici siyasət idarəsi rəhbərliyinin Rusiya paytaxtına birinci səfəri olacaq. Mnaçakanyan mayın 12-də xarici işlər naziri vəzifəsində Edvard Nalbandyanı əvəz edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə görüşüb.