Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında FOTO


Siyasət 06 İyn 2018 14:34:00 271 0

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında  FOTO

Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gəlib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbirdə iştirak edən müdafiə nazirləri Tıvanın Aldan-Maadır milli muzeyini, "Asiyanın mərkəzi" adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.

XXX

İyunun 6-da Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Qələbə meydanına gələrək Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar. Sonra qonaqlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olub, ağaclar əkib və "Aldın-Bulak" etnomədəni kompleksini ziyarət ediblər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.


Xəbərə aid fotolar