Bakılı qadın oğurladığı pulla təzə telefon aldı,


Kriminal 05 İyn 2018 12:18:08 327 0

Bakılı qadın oğurladığı pulla təzə telefon aldı,

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Həsənova iyunun 4-də rayon ərazisindəki sağlamlıq mərkəzlərinin birində içərisində 1050 manat, 200 ABŞ dolları və bank kartları olan çantasının oğurlandığını bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini Ş.Sarıyeva olduğu, oğurladığı pula mobil telefon aldığı müəyyən edilib. Mobil telefon və pulqabı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.