Oğurluq edən üç qadın tutulub VİDEO


Kriminal 04 İyn 2018 21:12:00 279 0

Oğurluq edən üç qadın tutulub  VİDEO

Evdən oğurluq edən üç qadın tutulub. Son.az bildirir ki, Zərdab rayon Məmmədqasımlı kənd sakini Fuad Eyvazov rayon polis şöbəsinə müraciət edərək, evdə olmadıqları vaxt evindən xeyli pul və qızıl əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri - Seyran Nadirova, tanışı Xəzəl Bəkirova və bacısı Nazlı Mahmudova tutularaq istintaqa təhvil veriliblər.

İlkin dindirmə zamanı məlum olub ki, oğrular zərərçəkənin fərdi yaşayış evinin giriş qapısının gizlədilmiş açarını qapının yaxınlığından taparaq, qapını açma yolu ilə evə daxil olublar.