ADGTT Beynəlxalq Teatr Festivalda iştirak edəcək


Kriminal 02 İyn 2018 18:45:00 301 0

ADGTT Beynəlxalq Teatr Festivalda iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı teatr mövsümündə növbəti dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır. 

"Vidlunya"  Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov iyun ayının 5-dən 16-dək Ukrayna Respublikasının Xmelnitski və  Çerniqov şəhərlərində keçiriləcək "Vidlunya" adlı XX Beynəlxalq Monodram teatr festivalında  P.Züskindin "Kontrabas" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.  Festival çərçivəsində aktyor və rejissor sənətinə dair treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri keçiriləcək.