Azərbaycanlı İŞİD komandiri öldürüldü FOTO


Kriminal 02 İyn 2018 14:18:00 234 0

Azərbaycanlı İŞİD komandiri öldürüldü  FOTO

Suriyanın şimalında, Türkiyənin hərbi iştirakının olduğu və "Əl-Nüsra Cəbhəsi"nin nəzartində olan (indiki adı "Heyet Tahrir'uş Şam") İdlib bölgəsində azərbaycanlı İŞİD komandiri öldürülüb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı türkdilli "İslahHaber.net" portalı yayıb. Həmin İŞİD komandirinin "Heyet Tahrir'uş Şam" qruplaşmasının üzvləri ilə atışmada öldürüldüyü bildirilir.

Mənbə bildirir ki, son vaxtlar "Heyet Tahrir'uş Şam" qruplaşmasının nəzarətində olan "azad bölgədə" bu qruplaşmanın üzvlərinə qarşı bomba yüklü motosikletlərlə, yollara mina basdırımaqla və digər üsullarla çoxsaylı sui-qəsdlər təşkil edilib. Nəticədə onlarla adam ölüb, çoxlu sayda yaralanıb.