"Paşinyanın açıqlaması şərh olunmağa layiq deyil"


Siyasət 01 İyn 2018 17:29:00 259 0

"Paşinyanın açıqlaması şərh olunmağa layiq deyil"

"Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlaması şərh olunmağa layiq deyil".

Son.az xəbər verir ki, bunu Trend və "Azernews"a İslam Əməkdaşlıq Təşkilatından (İƏT) bildiriblər.

Məlumatda qeyd olunur: "Ermənistanın baş naziri Nikol Paşinyanın "münaqişənin həlli üçün "Dağlıq Qarabağ Respublikası" danışıqlar masası arxasında yerini almalıdır" açıqlaması şərh olunmağa layiq deyil".

Təşkilatdan bildiriblər ki, beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır:

"İƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydın və ardıcıldır. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyirik. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını və erməni qoşunlarının Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edirik".