Sərhədi pozan 4 əcnəbi saxlanıldı FOTO


Kriminal 01 İyn 2018 11:15:00 259 0

Sərhədi pozan 4 əcnəbi saxlanıldı  FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dən Son.az-a verilən məlumata görə, hərbi qulluqçuların Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən döv­lət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­vasının xid­məti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında "pusqu" sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azər­baycan Respublikası ərazisindən İran İslam Respublikası istiqa­mə­tində hərəkət etmələri aşkar olunub.

Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıb və həmin şəxsləri saxlayaraq sərhəd zasta­va­sına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd "Samsung" markalı, 3 ədəd "Huaԝei" markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olun­ub.


Xəbərə aid fotolar