"Aşıq musiqisi axşamları" konserti keçirildi FOTO


Kriminal 31 May 2018 19:00:00 355 0

"Aşıq musiqisi axşamları" konserti keçirildi  FOTO

Mayın 29- da Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Yeni səslər, qədim havalar" adlı konsert keçirilib.

Layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.

Bu ilin yanvar ayından başlayaraq Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində beş konsert keçirilmişdir. Yanvarın 12-də "Koroğluya qayıdaq", fevralın 16-da "Aşıq Ələsgərin saz-söz dünyası" martın 7-də "Zərif əllər,incə tellər", martın 28-də "Aşıq Şəmşir şeiri", aprelin 12-də "Yada salaq Aşıq Ədaləti" adlı tədbirlər keçirilib.

"Yeni səslər, qədim havalar" adlı konsertin məqsədi Azərbaycan aşıqlarının yeni nəslini, onun yaradıcı potensialını və səviyyəsini nümayiş etdirməkdir.

Konsertdə gənc və cavan ifaçılar Pərviz Cəfərov "Osmanlı divanisi", Ramin Qarayev "Təxmis", Samir Pənahov " Ruhani", Elçin Vəliyev " Misri", Neymət qrupu "Naxçıvani", Nicat Neymət " Yanıq Kərəmi", Əfsanə Kəriimova "Ağır şərili", Əli Zeynalabdinov " Dilqəmi", Familə Göyçəli "Qəhrəmani" və Misri qrupu "Kərəm gözəlləməsi"ni ifa ediblər.