Nəvə adaş babasının pullarını xırdaxırda oğurlayırmış


Kriminal 31 May 2018 14:35:00 239 0

Nəvə adaş babasının pullarını xırdaxırda oğurlayırmış

Mayın 30-da Sabirabad Rayon Polis Şöbəsinə cari ilin aprel ayından may ayının 29-dək olan müddətdə Nərimankənd kəndindəki evlərin birindən ümumilikdə 5000 manat pulunun oğurlandığı barədə müraciət daxil olub. 

DİN-dən Son.az-a verilən məlumata görə, bununla əlaqədar polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şübhələr ev sahibinin nəvəsinin üzərində cəmlənib və o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən babasının adaşı olan Bəxtiyarın həmin məbləği ayrı-ayrı vaxtlarda oğurladığı müəyyən edilib. Axırıncı dəfə oğurladığı 300 manat maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.