Azər Qasımlıya 30 sutka həbs verildi


Siyasət 29 May 2018 21:47:00 300 0

Azər Qasımlıya 30 sutka həbs verildi

Bu gün Yasamal Rayon Məhkəməsində Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis üzvü Azər Qasımlı barəsində inzibati həbs seçilib.

Son.az APA-ya istinadən xəbər verir ki, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə A. Qasımlı 30 sutka müddətinə azadlıqdan məhrum edilib.