"Foreign Policy": Müasir Avrasiya strategiyalarının hamısı Azərbaycanı nəzərə almalıdır


Siyasət 29 May 2018 15:37:26 327 0

"Foreign Policy": Müasir Avrasiya strategiyalarının hamısı Azərbaycanı nəzərə almalıdır

"Moskvanın İrəvanla münasibətlərinin gücünü nəzərə alaraq, ABŞ və Avropa Bakı ilə əlaqələrə prioritet diqqət ayırmalıdır"

"Azərbaycan Şərqlə Qərb arasında enerji təchizatı, ticarət dövriyyəsi və rəqəmsal əlaqələrin təmin edilməsində mühüm rol oynayır".

"Report" xəbər verir ki, bu fikir ABŞ-ın məşhur "Foreign Policy" nəşrində dərc edilən, Lyuk Koffi və Əfqan Niftinin müəllifli olduğu "Nə üçün Qərbin Azərbaycana ehtiyacı var?" məqələsində yer alıb.

"Asiya və Avropa arasında ticarət baxımından enerji resurslarının və malların hərəkəti üçün yalnız üç yol var: İrandan, Rusiyadan və Azərbaycandan keçməklə. Qərblə Moskva və Tehran arasındakı sarsılan əlaqələrin müasir reallıqlarını nəzərə alsaq, həyat qabiliyyətli bir yol qalır: Xəzər dənizinin sahilində yerləşən Azərbaycandan keçməklə", - məqalədə deyilir.

Müəlliflər qeyd edirlər ki, Vaşinqton Avropanın Rusiya neft-qazından asılılığının azaldılmasından qazanır. Qeyd olunur ki, Rusiyanın energetikadan təcavüz vasitəsi kimi istifadə təcrübəsi var.

"Hazırda regionda Rusiya və İrandan yan keçməklə Azərbaycandankeçən üç iri neft və qaz kəməri var - Gürcüstan və Türkiyə vasitəsilə Azərbaycan Aralıq dənizinə çıxan Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizindən çıxarılan neftin Qara dənizə çatdırıldığı Bakı-Supsa boru kəməri və Azərbaycandan Türkiyəyə gedən, sonradan Cənub qaz dəhlizi layihəsi ilə birləşəcək və İtaliyaya, eləcə də Avropanın qalan hissəsinə ixracın reallaşacağı Cənubi Qafqaz Boru Kəməri", - məqalədə deyilir.

Müəlliflər Rusiyanın Qərbin Azərbaycanda maraqlarının təmin olunmasınamane olmaq üçün Dağlıq Qarabağ regionundakı dondurulmuş deyilən münaqişə vasitəsilə mümkün olan hər şeyi edəcəyini vurğulayıblar. Belə ki, məqalədə Xəzər dənizinin resurslarını daşıyan neft və qaz kəmərlərinin əksəriyyətinin Dağlıq Qarabağ münaqişəsinin ön cəbhəsi yaxınlığında yerləşdiyi bildirilir.

"Moskva bilir ki, istənilən zorakılıq qığılcımı bu boru kəmərlərinin mümkünlüyünü təhdid altında qoyacaq. Rusiyanın Ermənistana təsirini nəzərə alsaq, Rusiya üçün bu ölkəniyeni hərbi addımlara təhrik etmək çox vaxt almayacaq", - məqalədə deyilir.

Müəlliflər əlavə edirlər ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan da vəziyyəti dəyişməyib, Yerevanın Moskvadan asılılığı azalmayıb, üstəlik, o, Ermənistanla Rusiya arasında sıx əlaqələrin qorunmasına təminat verib.

"Həqiqətən, Moskvanın İrəvanla münasibətlərinin gücünü nəzərə alaraq, ABŞ və Avropa Avrasiyanın Şərq və Qərbi arasında ticarət, enerji, iqtisadi əlaqələrin vacib həlqəsi kimi Bakı ilə əlaqələrə prioritet diqqət ayırmalıdır. Ümumiyyətlə, müasir Avrasiya strategiyalarının hamısı Azərbaycanı nəzərə almalıdır", - məqalədə yazılıb.