​“Məni söydü, məcbur elədi ki, bu hadisəni törədim” Doğma dayısını öldürən müğənni VİDEO FOTO


Kriminal 29 May 2018 14:58:00 313 0

​“Məni söydü, məcbur elədi ki, bu hadisəni törədim”  Doğma dayısını öldürən müğənni  VİDEO  FOTO

ARB TV-nin "Rezonans" verilişi bu dəfə məhbus Səbuhi Hüseynovun həbsxana hekayələrini təqdim edib.

Səbuhi Hüseynov (cəzası 12 il): "5 il musiqi məktəbində oxumuşam. Atam musiqiçi olub. Mən də musiqi ilə məşğul olmuşam. Ailəliyəm. Həbsdə olsam da musiqi ilə məşğulam. Bu hadisə 2013-cü ildə baş verdi. Doğma dayımla münaqişəmiz oldu. Mən inanmazdım ki, başıma belə bir şey gələcək. Onlara qonaq getmişdim.

Aramızda söhbət oldu, məni söydü. Onların evində problemlər var idi. Tez əsəbləşirdi. Özü məcbur elədi ki, mən bu hadisəni edim. Ona dəfələrlə xəbərdarlıq etmişdik. Anama, atama demişdim ki, o bizə gəlməsin. Onu heç kim başa salmadı ki, belə etmək olmaz. Nəticədə cinayət baş verdi. Peşmanam. Kaş ki zamanı geri edə bilərdik. Danışıq yolu ilə həll etmək olardı".


Xəbərə aid foto