"Macarıstan Azərbaycanı Cənubi Qafqaz regionunda özünün mühüm iqtisadi və ticarət tərəfdaşı hesab edir"


Siyasət 29 May 2018 13:40:31 342 0

"Macarıstan Azərbaycanı Cənubi Qafqaz regionunda özünün mühüm iqtisadi və ticarət tərəfdaşı hesab edir"

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.

Çox məmnunam ki, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Macarıstan Azərbaycanı Cənubi Qafqaz regionunda özünün mühüm iqtisadi və ticarət tərəfdaşı hesab edir. Əmin ola bilərsiniz ki, Macarıstan Hökuməti ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə çatmış əməkdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyə hazırdır.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".