Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Makedoniyada gənc liderlər üçün layihə həyata keçirəcək FOTO


Siyasət 29 May 2018 13:14:00 318 0

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Makedoniyada gənc liderlər üçün layihə həyata keçirəcək  FOTO

Makedoniya Respublikasının Prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) Baş katibi Rövşən Muradovu qəbul edib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, qəbul zamanı Prezident G.İvanova VI Qlobal Bakı Forumunun yekunlarına dair ətraflı məlumat verilib. Qeyd olunub ki, bu forum dünyanı narahat edən bir sıra mühüm problemlərin müzakirəsi ilə yadda qalıb. Qlobal əhəmiyyətli problemlərin həllinə dair maraqlı təklif və ideyalar irəli sürülüb. Bildirilib ki, forumda bir sıra regionlarda mövcud olan münaqişələr, mədəniyyətlərarası dialoq, qlobal təhlükəsizlik, iqtisadi inteqrasiya, sabitlik və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Makedoniya Respublikasının Prezidenti George İvanov isə öz növbəsində Forumun əhəmiyyətini yüksək qiymətləndirdiyini, Azərbaycanın belə bir mühüm tədbirə ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu vurğulayıb. O, NGBM-nin təşəbbüsü ilə həyata keçirilən layihələrin böyük maraqla qarşılandığını diqqətə çatdırıb.

Görüşdə eyni zamanda, VII Qlobal bakə Forumuna hazırlıqla bağlı məsələlər, habelə Prezident George İvanovun təşəbbüsüylə təsis edilmiş Gənc Liderlər Məktəbi ilə NGBM-nin 2018-ci ilin avqust ayında həyata keçirəcəyi layihə ilə bağlı da fikir mübadiləsi aparılıb.

Yusif Nəsirli Son.az