Prezident İlham Əliyev AXC-nin 100 illik yubileyinə həsr edilən konsertdə iştirak edir


Siyasət 28 May 2018 21:02:00 268 0

Prezident İlham Əliyev AXC-nin 100 illik yubileyinə həsr edilən konsertdə iştirak edir

Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə həsr edilən təntənəli konsert keçirilir

Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak edirlər.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında olması üzərində qurulub.

Konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edirlər.