Şirkətin transformatorunun içini söküb oğurladı


Kriminal 28 May 2018 15:02:00 230 0

Şirkətin transformatorunun içini söküb oğurladı

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Son.az-a verilən məlumata görə, mayın 25-də Hacıqabul Rayon Polis Şöbəsinə rayonun Ağacanlı kəndində yerləşən "Hacıqabul Quşçuluq Şirkəti" MMC-nin ərazisinə qanunsuz daxil olaraq oradan transformatorların içərisindən ümumi dəyəri 4000 manat olan 160 kvadratmetr alüminium tərkibli sarğıların oğurlanması barədə məlumat daxil olub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Sahib Ələkbərov saxlanılıb.

S.Ələkbərov şübhəli şəxs qismində saxlanılarkən onun üzərindən 0,434 qram heroin aşkar olunaraq götürülüb.