Beynəlxalq Muğam Mərkəzinin "Dastan gecələri" layihəsi çərçivəsində "Leyli və Məcnun" dastanı təqdim olundu FOTO


Kriminal 26 May 2018 17:10:00 335 0

Beynəlxalq Muğam Mərkəzinin "Dastan gecələri" layihəsi çərçivəsində "Leyli və Məcnun" dastanı təqdim olundu  FOTO

Mayın 24-də Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" layihəsi çərçivəsində "Leyli və Məcnun" dastanı təqdim olunub. 

Son.az bildirir ki, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin  və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir. 

Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyəti barədə danışıb. Bildirib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib.  2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan xalqının mənəvi-mədəni sərvəti kimi YUNESKO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentiv siyahı"sına daxil edilmişdir.   

Dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir. Layihə çərçivəsində dekabrın 25-dək müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında 8 dastan sənətsevərlərə təqdim olunacaq. 


Xəbərə aid fotolar