Ərdoğanın köməkçisi: "Azərbaycanla hərbi əməkdaşlığın daha da güclənməsində qərarlıyıq"


Siyasət 25 May 2018 15:36:00 313 0

Ərdoğanın köməkçisi: "Azərbaycanla hərbi əməkdaşlığın daha da güclənməsində qərarlıyıq"

"Azərbaycanla hərbi və müdafiə sahəsində əməkdaşlığın daha da güclənməsində qərarlıyıq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Y.Topçu qeyd edib ki, bundan sonra da Türkiyə və Azərbaycan əlaqələrinin möhkəmlənməsinə çalışacaq.

O bildirib ki, Türkiyə Azərbaycan torpaqlarının tez bir zamanda erməni işğalından azad olunmasını istəyir:

"Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda və heç şübhəsiz, qardaş Azərbaycanın ərazi bütüövlüyü çərçivəsində həll edilməlidir".