Azərbaycanda sürücü xarici vətəndaşı maşınla vurub öldürdü və qaçdı


Kriminal 25 May 2018 13:51:21 259 0

Azərbaycanda sürücü xarici vətəndaşı maşınla vurub öldürdü və qaçdı

Cari il martın 25-də saat 21 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Kürdəmir rayonu ərazisindəki stasionar postundan Rayon Polis Şöbəsinə Stansiya  Karrar kəndi ərazisində bir nəfərin avtomobillə vurulması barədə məlumat daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, yol polisi əməkdaşları dərhal yaralını xəstəxanaya çatdırıblar.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əcnəbi vətəndaş İnayatxon Nauruzova olduğu və yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.