Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək


Siyasət 25 May 2018 12:32:00 253 0

Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian 27 may tarixində Azərbaycana səfər edəcək.

Azərbaycan XİN-dənSon.az-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.