"Vicdan haqqı"nın Yusifi: "Bu sevgiyə uzun illərdən sonra qovuşdum" FOTO


Kriminal 24 May 2018 21:01:00 427 0

"Vicdan haqqı"nın Yusifi: "Bu sevgiyə uzun illərdən sonra qovuşdum"  FOTO

Aktyor Kamran Yunisin Son.az-a müsahibəsi.

- Kamran bəy, indiyə qədər oynadığınız obrazlarınız sizi qane edib?

- Bəzən olur ki, deyirəm ki, bax bu anda istədiklərimə yaxınlaşa bildim. Mən işlərimə ustadlarımla bir yerdə baxıram. Çünki biz yaratdığımız işlərə tək baxanda eqoizm bizi bürüyə bilər, amma o insanlar  bizi qoymurlar ki, eqoistləşək. Sənətçilər yaradıcı insanlardır. Onlar bu gün şah olur, sabah nökər, o biri gün sevən və aldanan.

- Sənətkarlığın doğum tarixi olur, amma ölüm tarixi olmur. Bu zirvəyə də yüksəlmək hər sənətkara qismət olmur. Düşünürsünüz 100 ildən sonra sizi necə xatırlayacaqlar?

- Mən, ümumiyyətlə, tələsən insanam. Hər an, hər saniyə mənə elə gəlir ki, hansısa işimi görüb qurtara bilməyəcəyəm. Ona görə də tələsirəm. Mənim üçün, ümumiyyətlə, ölüm tarixi yoxdur. Deyə bilmərik ki, Həsənağa Turabov ölüb! Ölməyib axı! Mən yaşayıramsa, deməli, o, mənimlə bir yerdə yaşayır, mənlə bir yerdə var olur.

- Tələskənliyinizin səbəbi nədir?

- 43 yaşım var, irəlidəki yol elə uzun görünür ki, biz elə bilirik ki, zamanımız çoxdur. Geri dönüb baxanda deyirsən ki, gəldiyin 43 yaş bir an idi. Bir nəfəsdə istədiklərimizi gerçəkləşdirmək istəyirik. İndi insanlar heç 50-60 yaşına kimi yaşaya bilmirlər.

- Teatrı çox sevirsiz, yoxsa kinonu?

- Teatr mənim ayaq açıb yeriməyi öyrəndiyim bir yerdir. Bugünkü həyatımı teatra borcluyam. O, mənə nəfəs almağı, yaşamağı öyrətdi. O, mənə düşünməyi öyrətdi. O, məni mən etdi!

- Bəs niyə teatrı tərk etdiniz?


Xəbərə aid fotolar