25 nömrəli onbirillik musiqi məktəbinin hesabat konserti


Kriminal 24 May 2018 20:45:00 282 0

25 nömrəli onbirillik musiqi məktəbinin hesabat konserti

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirib.

Konsertdə Baş İdarənin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi Zenfira Qafarova, Musiqi Akademiyasının professorları Ceyhun Allahverdiyev, Vasif Allahverdiyev, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, və məktəbin kollektivi iştirak ediblər.

Konsert T.Cəbrayılovun "Ey Vətən"və  P.Bülbüloğlunun "Bənövşələr" mahnılarının  məktəbin xor kollektivinin ifası ilə başlayıb.


Xəbərə aid fotolar