28 May Respublika gününə həsr olunmuş konsert təqdim olunub


Kriminal 24 May 2018 18:42:00 249 0

28 May  Respublika gününə həsr olunmuş konsert təqdim olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin L. və M. Rostropiviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində 28 May- Respublika gününə həsr olunmuş konsert keçirilib.

Konsertdə Baş İdarənin rəisi Vüqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Konsertdə məktəbin şagirdlərinin ifasında T.Quliyev "Bakı haqqında mahnı", Ü.Hacıbəyli "Arazbarı", C.Cahangirov "Ana", A.Rzayev "Düşüncə", Ə.Əzizov "Skertso", F.Şopen "İnqilabi etüd", Şostakoviç "Rəqs", P.Sarasate "İntroduksiya - tarantella" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.