“Xalçaların dili” Qazaxıstanda “Aspara Fashion Week” moda həftəsini fəth edib


Kriminal 24 May 2018 16:50:00 358 0

“Xalçaların dili” Qazaxıstanda “Aspara Fashion Week” moda həftəsini fəth edib

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın rəhbərlik etdiyi Azərbaycan Milli Geyim Mərkəzinin və Gulnara Khalilova Moda Evinin "Xalçaların dili" adlı kolleksiyası Qazaxıstanın Şımkənd şəhərində keçirilmiş "Aspara Fashion Week" Moda həftəsində böyük uğurla nümayiş etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Xalçaların dili" Azərbaycan xalçalarının ornamentlərindən istifadə olunmuş müasir dizayner həllidir. Kolleksiya daha əvvəl 2016-cı ildə Rumıniyada keçirilmiş Moda həftəsində "Creative Industries Awards" ali mükafatına layiq görülüb. Bu dəfə isə özünün orijinallığı və özünəməxsusluğu ilə müxtəlif ölkələrdən olan dizaynerləri və tamaşaçıları fəth edib. Bəzi KİV-lər və telekanallar dizaynerdən müsahibə alıb və həmin dəfilə haqqında xüsusi reportaj hazırlayıb. Gülnarə Xəlilova, həmçinin Moda həftəsinin münsiflər heyətinin işində iştirak edərək gənc dizayenerlərin işini qiymətləndirib.