Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olundu FOTO


Siyasət 24 May 2018 13:32:00 285 0

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olundu  FOTO

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.

Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazirə təqdim edib.


Xəbərə aid fotolar