Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı


Kriminal 23 May 2018 16:08:00 315 0

Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı

Rusiyanın Çelyabinsk şəhərində 47 yaşlı kriminal avtoritet Rəhman Abdullayev tutulub.

Son.az musavat.com-a istinadən xəbər veun yerli KİV-lərə istinadən hazırladığı məlumata görə, kriminal avtoritet Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, sahibkarlara zorən haqq qoymaqda, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur.

Yerli KİV-lərin yazdığına görə, Rəhman Abdullayev Lotu Quli ləqəbli Nadir Səlifovun Cənubi və Şərqi Ural üzrə "valisi" sayılır. Məhz Qulinin adına görə, regionun azərbaycanlı sahibkarları Rəhmana haqq verirlərmiş.


Xəbərə aid fotolar