Lavrov Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
Siyasət 23 May 2018 15:31:00 285 0
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri telefon danışığı zamanı müzakirə edib.
Son.az report-a istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, mayın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub: "Aktual məsələlər müzakirə edilib".
Nazirliyin məlumatında qeyd olunub ki, nazirlər ikitərəfli tədbirlər planını, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər.
Mənbə: milli.az