“Bizdə elə rejissorlar var, onları kinoya yaxın buraxmaq olmaz”


Kriminal 22 May 2018 19:06:00 391 0

“Bizdə elə rejissorlar var, onları kinoya yaxın buraxmaq olmaz”

http://apa.az/medeniyyet-xeberleri/incesenet-haqqinda/eldar-quliyev-bizde-ele-rejissorlar-var-onlari-kinoya-yaxin-buraxmaq-olmaz-musahibe-6253.html

I SERİYA

Gənclik, dostlar, tələbəlik...

Və ya, mən vətən üçün nə etmişəm?!

...Çöldə Günəşli may səhəri, telefonun ekranında Eldar Quliyevin adı. Üstəgəl, bir az da narahatlıq. Ki, görəsən, yenə başqa vaxta saxlayacaqmı? O 2017-nin dekabrı, bu da 2018-in mayı. Altı ay edirmi, edir! Yox-yox, bu dəfə hər şey əladır və sualı da özü verir:

- Nə vaxt gəlmək istəyirsən?

- Elə indi, bu dəqiqə çıxıb gələ bilərəm.

Evin yerini nişan verir. Həm də rejissor dəqiqliyi ilə.

- "Domsovet"in arxasındakı binada oluram. Fikrət Əmirovun heykəlini tanıyırsan? Hə, bax, onun yanındakı bina. Çətinliyin olsa, zəng vur. Aşağıda kitab mağazası var, ordan da soruşa bilərsən.

Memar dili ilə desək, köhnə Sovet binasının interyeri. Göyün 13-cü qatı. Görüşürük. Rusiyanın hansı kanalına baxdığını unutmuşam. Divardan Toğrul Nərimanbəyovun hədiyyə etdiyi rəsm asılıb. Televizorun səsini alır. Söhbətə Müslüm Maqomayevdən başlayırıq. Blokun girişində əfsanəvi sənətkarın barelyefi var idi: "Müslüm Maqomayev burda yaşamışdır".

 

Xəbərə aid fotolar