Yusif Eyvazova “Xalq artisti” fəxri adı verilib


Siyasət 21 May 2018 17:57:00 333 0

Yusif Eyvazova “Xalq artisti” fəxri adı verilib

Prezident İlham Əliyev Y.V.Eyvazova "Xalq artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Vilayət oğlu Eyvazova "Xalq artisti" fəxri adı verilsin.