Prezident İlham Əliyev Anna Netrebkonu “Dostluq” ordeni ilə təltif edib


Siyasət 21 May 2018 17:59:00 248 0

Prezident İlham Əliyev Anna Netrebkonu “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev A.Y.Netrebkonun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Anna Yuryevna Netrebko "Dostluq" ordeni ilə təltif edilsin.