Ötən il axtarışda olan 55 insan alverçisinin 32si tutulub


Kriminal 20 May 2018 19:15:00 285 0

Ötən il axtarışda olan 55 insan alverçisinin 32si tutulub

Ötən il Azərbaycanda insan alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işinin 28-nin istintaqı yekunlaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun insan alverinə dair məlumatında bildirilib.

Məlumatda bildirilir ki, istintaqı yekunlaşan cinayət işi üzrə 33 şəxs təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə verilib ki, onlardan 25-i qadın, 8-i isə kişidir.