Onlar ancaq spirtli içki oğurlayırlar...


Kriminal 19 May 2018 12:36:00 215 0

Onlar ancaq spirtli içki oğurlayırlar...

Bakının Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə mayın 5-dən 18-dək olan müddətdə Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək "isti izlər"lə saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Seymur Rzayev və Vahid Cəfərzadə olduqları məlum olub.