Prezident İlham Əliyev Kuba rəhbərinə başsağlığı verib


Siyasət 19 May 2018 11:06:46 288 0

Prezident İlham Əliyev Kuba rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesə başsağlığı məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".