ADGTTnın aktyoru Makedoniyadan Qran Pri ilə qayıtdı FOTO


Kriminal 18 May 2018 18:42:00 281 0

ADGTTnın aktyoru Makedoniyadan Qran Pri ilə qayıtdı  FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 2018-ъи ил may айынын 10-дян  16-дяк Makedoniyanın Bitola шящяриндя кечириляn "XX Beynəlxalq Monodram"  фестивалында uğurla iştirak edərək vətənə Qran Pri mükafatı ilə dönüb. Festivalda  Патрик Зцскиндин "Контрабас" ясяри ясасында щазырланмыш ейниадлы монотамаша ilə iştirak edən aktyor  münsiflər heyəti tərəfindən yekdil olaraq  festivalın yeganə mükafatı  Qran Priyə layiq görülüb. 

Aktyor səfər təəssüratlarını bölüşərkən bildirib ki, festivalda güclü, modern tamaşalar var idi. Onlarla rəqabət aparıb yeganə mükafatı Azərbaycan adına qazanmaq əlbəttə ki, həm gözlənilməz uğur həm də böyük sevinc  hissləri yaşatdı. "Hesab edirəm ki, bu mükafat xarici ölkədə təkcə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının deyil, ümumilikdə Azərbaycan teatrının uğurudur" -deyə teatrın direktoru , Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirmişdir.

Festivalda Makedoniya, Bosniya, ABŞ, Polşa, Rusiya, Xorvatiya , Bolqarıstan  teatrları təmsil olunub. Uğurlu iştirak və qələbə qazanan ADGTT təşkilat komitəsi tərəfindən növbəti il keçiriləcək tədbirə də dəvət alıb. Azərbaycanlı aktyorun uğuru Makedoniyada yerli telekanallar tərəfindən işıqlandırılıb, çoxsaylı süjetlər, radio müsahibələr hazırlanıb.


Xəbərə aid fotolar