Laçın rayonunun işğalından 26 il ötür


Siyasət 18 May 2018 00:06:00 106 0

Laçın rayonunun işğalından 26 il ötür

Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 26 il ötür.

Bu xəbəri də oxu: Cəbhədən XƏBƏR VAR

Son.az Trend-ə istinadən bildirir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.

İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, qərarın 19 və 20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.

Laçın rayonunun işğalından 26 il ötür like
  • 18 May 00:01  
Digərləri Laçın rayonunun işğalından 26 il ötür

Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından

arrow Ətraflı
Günün qoroskopu: maliyyə itkiləri istisna deyil like
  • 18 May 00:01  
Digərləri Günün qoroskopu: maliyyə itkiləri istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Laçının işğalından 26 il ötür like
  • 18 May 00:00  
Siyasət Laçının işğalından 26 il ötür

Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlar

arrow Ətraflı
İnstagram gözəli olduğu kimi  FOTO like
  • 17 May 23:58  
Digərləri İnstagram gözəli olduğu kimi FOTO

"Sutkanın 24 saatı, həftənin hər günü əla görünən Barbi deyiləm

arrow Ətraflı
Gənəgərçək orqanizmdə lazımsız nə varsa çıxaracaq – like
  • 17 May 23:55  
Digərləri Gənəgərçək orqanizmdə lazımsız nə varsa çıxaracaq –

Gənəgərçək güclü təbii təmizləyici bitkidir. Qədimdən ona " ba

arrow Ətraflı
Bu gün dəfn olunan alpinist qızın arzusu: like
  • 17 May 23:51  
Digərləri Bu gün dəfn olunan alpinist qızın arzusu:

2017-ci il dekabrın 23-də Tufandağ istiqamətində səfərə çıxan və 24 d

arrow Ətraflı
Dağ çiyələyinin faydaları like
  • 17 May 23:50  
Digərləri Dağ çiyələyinin faydaları

Araşdırmaçılar tərəfindən dağ çiyələyi bioloji xüsusiyyətləri və

arrow Ətraflı
Tramp Kim Çen Inla görüşə hazırdır like
  • 17 May 23:48  
Dünya Tramp Kim Çen Inla görüşə hazırdır

ABŞ prezidenti Donald Tramp əvvəlki kimi Şimali Koreya lideri Kom Çen Inla

arrow Ətraflı
Tillerson Trampı tənqid etdi like
  • 17 May 23:46  
Dünya Tillerson Trampı tənqid etdi

ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson prezident Donald Trampın yürütd

arrow Ətraflı
Həzrət İsanın Həzrət Məhdi barədə verdiyi müjdələr like
  • 17 May 23:45  
Digərləri Həzrət İsanın Həzrət Məhdi barədə verdiyi müjdələr

Bir gün Həzrət İsa (ə) İordaniyadan Beytul-müqəddəsə tərəf gedirdi.

arrow Ətraflı
"Barselona" Qrizmanın transferini DÇ-2018-ə qədər elan edəcək like
  • 17 May 23:44  
Digərləri "Barselona" Qrizmanın transferini DÇ-2018-ə qədər elan edəcək

"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmanın transferini reallaşdır

arrow Ətraflı
Keçəlliyə qarşı yeni dərman like
  • 17 May 23:40  
Digərləri Keçəlliyə qarşı yeni dərman

Bir sümük xəstəliyi olan osteoporozun müalicəsi üçün yaradılan bir də

arrow Ətraflı
Gözdə qaşınma, sulanma nəyin əlamətidir? like
  • 17 May 23:35  
Digərləri Gözdə qaşınma, sulanma nəyin əlamətidir?

"Mövsümi allergik konyuktivitər yaz aylarında daha çox aktivləşir. B

arrow Ətraflı
Yoxsul cənnət: "Azadlıq adası" dəyişir  FOTO like
  • 17 May 23:30  
Digərləri Yoxsul cənnət: "Azadlıq adası" dəyişir FOTO

Kubada Kastro erası başa çatdı. 1959-cu ildən bəri ilk dəfə ölkəyə so

arrow Ətraflı
Akrobat 10 metrdən yıxıldı, sağ qaldı  VİDEO like
  • 17 May 23:28  
Digərləri Akrobat 10 metrdən yıxıldı, sağ qaldı VİDEO

Britaniyanın Hernsi adasında sirkdə çıxış edən akrobat 10 metr hündürl

arrow Ətraflı