Azərbaycanlı aktyor: "Atam işləmək istədiyim sahəni biləndə məni hədələdi" FOTO


Kriminal 17 May 2018 21:01:00 309 0

Azərbaycanlı aktyor: "Atam işləmək istədiyim sahəni biləndə məni hədələdi"  FOTO

Rejissor-aktyor Rövşən Ağayevin Son.az-a müsahibəsi.

- Rövşən bəy, rejissorluq, yoxsa aktyorluq?

- Bir az içimdə aktyorluq daha çoxdur.

- 2007-ci ildə çəkildiyiniz "Sirat körpüsü" filmindən sonra məşhur oldunuz. Niyə bəs aktyorluğu bu istiqamətdə inkişaf etdirmədiniz?

- Aktyorluğu sevirəm, ona görə istəmirəm çox inkişaf etdirməyi ki, insanın həyatdakı azadlığı məhdudlaşır.

- Dram janrında olan filmlərdə daha çox çəkilirsiniz. Bəs niyə görə komediya janrında olan film və seriallarımız üstünlük təşkil edir?

- Bu tamaşaçının tələbatıdır. Tamaşaçı bunu çox istəyir deyə daha çox bu janrda olan ekran işləri çəkilir.

- Həm də "Bozbash pictures"in rejissorusunuz...

- İlk dəfə  bu komanda ilə "Ay brillyant" filminin çəkilişində bir araya gəldik. Mən həmin filmin ikinci rejissoru idim. Bu filmdən sonra uşaqlar dedi ki, bizdən ayrılma. İndiyə qədər də işbirliyimiz davam edir.

- Kifayət qədər ciddi insansınız, amma komediya janrında olan bir ekran işi ərsəyə gətirirsiniz. Bu sizdə daxili təzad yaratmır ki?

- Çox olur, içimdə müharibə gedir. Gərək təzad olsun ki, ortalıqda iş də olsun.


Xəbərə aid fotolar