Kataloniya müstəqil olacaq?


Siyasət 17 May 2018 21:08:00 69 0

Kataloniya müstəqil olacaq?

Bu gün Kataloniyanın yeni seçilmiş rəhbəri Kim (Joakim) Torra muxtar hökumətin başçısı vəzifəsinin rəsmən icrasına başlayıb.

XəzərXəbər "Reuters" agentliyinə istinadən xəbər verir ki, vəzifəyə keçmə mərasimindəki nitqində Torra bildirib ki, parlamentin təmsil etdiyi Kataloniya xalqına sədaqətlə xidmət edəcək. Lakin çıxışında o, nə İspaniya kralı, nə də ölkə konstitusiyasının adını hallandırmayıb.

Son.az azvision.az-a istinadən bildirir ki, İspaniya mərkəzi hökumətinin nümayəndələri isə Torranın vəzifəyə başlama mərasimində iştirak etməyiblər. Kataloniya parlamentindəki səsvermənin yalnız ikinci turunda və özü də cəmi 1 səs çoxluğu ilə (66 deputat lehinə, 65-si əleyhinə) qalib gələrək 55 yaşlı Kim Torranın Kataloniya hökumətinin rəhbəri seçilməsini rəsmi Madrid elə də xoş qarşılamayıb.

Belə ki, seçkiqabağı kampaniyasında Torra Kataloniyanın müstəqilliyinin tərəfdarı olduğunu və hətta Madridlə dialoq nəticəsində olsa belə, Kataloniya Respublikasının yaradılmasına nail olmağı planlaşdırdığını deyib. Parlamentdəki səsvermədə isə o, yalnız Kataloniya respublikası xeyrinə işləyəcəyini deyib və sabiq hökumət rəhbəri Karlos Puçdemonu avtonom regionun leqitim lideri adlandırıb. İspaniyanın baş naziri Mariya Raxoy isə bildirib ki, Torra da Puçdemonun yolu ilə gedərsə, konstitusiyanın 155-ci maddəsini yenidən işə salaraq, Kataloniyanın idarəçiliyini birbaşa mərkəzi hökumətin nəzarətinə verəcək.

Qeyd edək ki, Kim Torranın rəhbər seçilməsilə 7 aydan sonra Kataloniya yenidən öz hökuməti ilə idarə olunacaq. "Kataloniya naminə Birlikdə" partiyasının üzvü olan Torranın namizədliyini Kataloniyanın İspaniyadan qaçmış sabiq lideri Karlos Puçdemon şəxsən özü irəli sürmüşdü.

Puçdemon 2017-ci ilin oktyabrın 1-də ölkə konstitusiyasına zidd olaraq Kataloniyada müstəqillik referendumu keçirməsi və ardınca avtonomiyanın müstəqilliyini elan etdiyinə görə İspaniya baş naziri Mariano Raxoy tərəfindən vəzifəsindən kənarlaşdırıb və o, ölkədən qaçaraq Belçikaya gedib. Hazırda isə Almaniyadan siyasi sığınacaq alaraq Berlində yaşayır.

/
Astarada çəltik əkininə start verildi  VİDEO like
  • 17 May 21:07  
Digərləri Astarada çəltik əkininə start verildi VİDEO

Astarada çəltik əkininə start verilib. Bir neçə gündür ki, sahələrdə

arrow Ətraflı
"Məhəmməd Peyğəmbər karikaturası" üçün 5000 avro like
  • 17 May 21:06  
Digərləri "Məhəmməd Peyğəmbər karikaturası" üçün 5000 avro

Hollandiyada əsas müxalifət partiyalarından olan ifrat sağçı Azadlıq Par

arrow Ətraflı
Ən faydalı tərəvəz hansıdır? like
  • 17 May 21:05  
Digərləri Ən faydalı tərəvəz hansıdır?

Bütün tərəvəzlər insan sağlamlığı üçün faydalıdır.

arrow Ətraflı
"Siz baxarkən biz maşın sürəcəyik" like
  • 17 May 21:04  
Digərləri "Siz baxarkən biz maşın sürəcəyik"

Səudiyyəli qadınlar iyun ayından etibarən sürücülük vəsiqəsi alaraq m

arrow Ətraflı
ADR 100: ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası like
  • 17 May 21:03  
Digərləri ADR 100: ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası

Zaqatala və Borçalı məsələlərində Gürcüstan tərəfi köhnə inzibati

arrow Ətraflı
Meydan TV uğrunda mübarizə qızışdı  VİDEO like
  • 17 May 21:02  
Siyasət Meydan TV uğrunda mübarizə qızışdı VİDEO

Yalnız seçkidən seçkiyə aktivləşənmövsümi müxalifətin xaricdən qida

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda  FOTO like
  • 17 May 21:00  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda FOTO

Məşhurlar bu gün də ən yeni şəkillərini İnstagram sosial şəbəkəsind

arrow Ətraflı
Prospektdə qəza like
  • 17 May 20:57  
Digərləri Prospektdə qəza

Bakıda yol qəzası tıxaca səbəb olub.

arrow Ətraflı
“WhatsApp”a yeni funksiyalar gəldi like
  • 17 May 20:56  
Digərləri “WhatsApp”a yeni funksiyalar gəldi

"WhatsApp" messencerində qrup şəklində olan yazışmalar üçün b

arrow Ətraflı
“RİA Novosti Ukrayna”nın baş redaktoru həbs edildi like
  • 17 May 20:53  
Dünya “RİA Novosti Ukrayna”nın baş redaktoru həbs edildi

Bu gün Ukraynanın Xerson məhkəməsi "RİA Novosti Ukrayna" İnform

arrow Ətraflı
Alpinist Babur Hüseynov dəfn edildi like
  • 17 May 20:51  
Digərləri Alpinist Babur Hüseynov dəfn edildi

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən Babur Hüsey

arrow Ətraflı
"Küçə naziri"nin siyasi fərqlilikləri: Paşinyan populizm girdabında like
  • 17 May 20:48  
Dünya "Küçə naziri"nin siyasi fərqlilikləri: Paşinyan populizm girdabında

Ermənistanda "məxməri inqilab"dan ağızdolusu danışanlar nədən

arrow Ətraflı