Sabiq polkovnik 2 azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir


Kriminal 17 May 2018 14:28:00 284 0

Sabiq polkovnik 2 azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir

Rusiyada Moskva vilayəti polisinin istefada olan polkovnik-leytenantı Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir.

Son.az xəbər verir ki, bu barədə report "Moskovski komsomolets"ə istinadən xəbər verir.

İstintaqın versiyasına görə, keçmiş polis məmuru Aleksey Jdanov ötən il oktyabrın 16-da "İnfiniti" markalı avtomobili idarə edən 38 yaşlı azərbaycanlı ilə yolu bölüşə bilməyəndən sonra Novoslobodskaya küçəsində evin həyətində ona çataraq "Makarov" tipli tapançadan atəş açıb, ardından isə "Jiquli" markalı maşınını yandırıb. A.Jdanov elə həmin gün polis tərəfindən saxlanılıb.