Diaspora və lobbi


Siyasət 16 May 2018 18:02:00 251 0

Diaspora və lobbi

Hər hansı bir dövlətin diaspora və lobbisi mütləq konkret hazırlanmış mexanizm əsasında fəaliyyət göstərir. Bu mexanizm illərlə, bəzən isə əsrlərlə təkmilləşir. Dərhal qələbə tam yanlış fərziyyədir və əgər bunu əsas tutsaq, hələ uzun müddət müvəffəqiyyətsizlik davam edə bilər. Beləliklə, diasporanın effektiv iş mexanizmi necə yaranır? Xaricdə istənilən diaspora təşkilatının işinin keyfiyyəti iki amildən asılıdır - daxili və xarici. Daxili amil millətin müəyyən faktorlar əsasında vəhdət konsepsiyasından ibarətdir. Xarici amil isə olduğu ölkədə geniş fəaliyyət imkanının mümkün sayılmasıdır. Xarici amil birbaşa daxili amildən asılıdır. Belə ki, xaricdə fəaliyyət uğuru vəhdət keyfiyyətindən irəli gəlir. Beləlilkə, gəlin, ABŞ-da yəhudi lobbisi üçün əlverişli mühitin yaradan elementləri nəzərdən keçirək. Burada təşkilatları onlarla yəhudi dini birlikləri, insan hüquqularının müdafiəsi təşkilatları, xeyriyyə fondları və qardaşlıq cəmiyyətləri koalisiyasına çevirən dinin dayaq rolu çox böyük olub.

İlk olaraq, ABŞ qanunvericiləri və təhsil işçiləri üçün Amerika-İsrail təhsil fondu kimi qeyri-kommersiya təşkilatları tərəfindən İsrailə təşkil olunan səfərlər motivasiyadır. Bu cür səfərlər iki ildən bir təşkil olunur. Bununla yanaşı, yəhudi lobbisi heç bir halda ABŞ konqressmenlərini və senatorlarını respublikaçı və demokratlara ayırmır, əksinə hər iki düşərgə ilə işləyir. Bundan başqa, yəhudi lobbisinin ekspertlərdən ibarət və analitik hesabatlar hazırlayan elmi sahəsi də vardır. Bu Yaxın Şərq siyasəti Vaşinqton İnstitutu, Amerika Təşəbbüsü İnstitutu, Siyasət və Təhlükəsizlik Mərkəzi, Beynəlxalq Əlaqələrin Tədqiqi İnstitutu kimi elmi təşkilatlardır. İsrail lobbisinin ikinci effektiv aləti funksiyalarından biri senator və konqresmenlərə dolayı təzyiq göstərmək üçün sayı minlərlə olan fəallar komandasıdır. Saysiz-hesabsiz zənglər, məktublar, binanın qarşısında keçırılən piketlər, mətbuat konfranslarında verilən narahatedici suallar sayəsində onların konqresmen və ya senatorun ofisinə təzyiq göstərməsi mümkündür. Fəalların sırasına İsrailin siyasətinə qarşı olan universitet professorlarını tənqid edən yəhudi tələbələr də daxıldir. Adətən tələbələr müəllimlərin rəylərini sosial şəbəkələrdə ictimaiyyətin müzakirəsinə çıxarır və başqalarını da antiisrail mövqeli müəllimlər barədə məlumat verməyə çağırırlar. Həmçinin, nüfuzlu yəhudi sponsorlarının dəstəyi ilə tələbə cəmiyyətləri təhsil ocaqlarında antisemitizm monitorinqi haqda qanunun hazırlanıb qəbul olunmasına səsləyirlər. Bu, Konqres tərəfindən həmin universitetlərə dövlət dəstəyinin dayandırılması məqsədilə edilir. "İsrail naminə milli birlik koalisiyası", "İsrail üçün Xristianlar", "Yerusəlim Beynəlxalq Xristian Səfirliyi" də bu qəbildəndir. "İsrail naminə birləşmiş xristianlar" Assosiasiyası İsraili dəstəkləyən bütün xristian təşkilatları üçün "çətir" rolunu oynayır. Məqsəd siyasətçilər arasında İsrail maraqlarını yürütmək və hər bir senator və konqressmenlə əlaqə yaratmaqdır. Sözsüz ki, heç kim israilyönümlü təşkilatların effektiv fəaliyyətinə şübhə etməyəcək. Yuxarıda qeyd etdiyimiz iki amilə dönək. Birlik geniş imkanlar yaratdı. Savadlı lobbiçilik fəaliyyətinin nəticəsidir ki, Ağ Evin aparatında yəhudi birliyinin nöqteyi-nəzərini administrasiyaya ötürən "yəhudi əlaqəsi" (jewish liaison) yarımrəsmi vəzifə yaranıb. Yeri gəlmişkən, bu vəzifə hələ C.Karter zamanından mövcuddur. Azərbaycan diasporası isə təəssüf ki, bu gün öz nailliyətləri ilə qürurlana bilməz. Problemin kökü, görünür, birinci amil - vəhdətlə bağlıdır. Diaspor strukturlarının nəticəsiz fəaliyyətlərinin səbəbi təşkilatların öz aralarında mübarizə aparmasındadır. Bu təşkilatların nəinki əməkdaşlıq etmək istəmədikləri, üstəlik müxtəlif səbəbdən rəqabət apardıqları məlum olur. Heç bir səmərə verməyən rəqabət diaspora sisteminin ən təhlükəli xəstəliyidir. Xaricdə Azərbaycan diasporu və lobbi qruplarının nailiyyətləri haqda çox az eşidildiyi üçün bütün bunlar müəyyən fəəaliyyət strategiyasının olmasına şübhə yaradır. Bundan başqa, əgər mövcud olsa belə, elmi, mədəni və siyasi xarakterli Azərbaycan institutlarının fəaliyyəti barədə əslində heç kim xəbərdar deyil. Ümid Diasporla İş üzrə Dövlət Komitəsinə yeni təyin edilmiş rəhbərin vəziyyəti yaxşılığa dogru yönəldəcəyinədir. Lakin ona xarici dövlətlərdə yaşayan azərbaycanlıların köməyi lazım gələcək. Sözsüz ki, assimilyasiya və sosiuma qaynayıb-qarışmaq  müsbət cəhətdir, lakin milli mənsubiyyəti yaddan çıxarmamaq şərtilə. Xarici cəmiyyətdə düşünmədən həll olmaq identikliyin itməsinə gətirib çıxarır ki, bu da hər-hansı ölkədə Azərbaycan ictimaiyyətinin zəifləməsilə nəticələnir. Bu isə öz növbəsində diasporanın işinə təsir göstərir. Kimsə xaricdəki Azərbaycan ictimaiyyətinin diaspora təşkilatları tərəfindən dəstəklənməməsi rəyi ilə çıxış edə bilər. Bu da doğru arqument sayılacaq. Diasporla İş üzrə Dövlət Komitəsi ilə xaricdə yaşayan azərbaycanlılar arasında əməkdaşlıq balansı olmalıdır. Komitə onlara daha çox maraq göstərməli, vəziyyətləri ilə maraqlanmalı, birgə işə cəlb etməlidir. Xaricdə yaşayan həmvətənlərimiz isə müxtəlif sahələrdə mövqelər tutmalı və yaşadıqları ölkənin həyatında fəal iştirak etməli, lakin doğma Azərbaycana əbədi xidməti də yaddan çıxarmamalıdırlar.

Cavid Məmmədzadə, siyasi analitik Son.az