Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək"


Siyasət 16 May 2018 16:34:37 63 0

Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək"

Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib ki, Naxçıvanda böyük infrastruktur layihələri icra edilib: "On ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikasının qazlaşdırılması ilə bağlı məsələlər öz həllini tapıb. Qazlaşdırma 100 faiz təmin edilibdir. Biz hələ Azərbaycanın ümumi qazlaşdırılmasını təqribən 93-94 faiz səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna qədər 95 faizə çatacaq. Ancaq Naxçıvan Muxtar Respublikasında artıq on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilibdir".

İlham Əliyev qeyd edib ki, elektrik enerjisi ilə bağlı məsələlər də öz həllini tapıb: "Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır".

Dövlət başçısı deyib ki, bu gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər: "Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır. Naxçıvanın əhalisi artır, sənaye istehsalı bundan sonra da artacaq. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik.

İçməli su layihələri uğurla icra edilir. Bu gün biz Şərur şəhərinin içməli su layihəsini rəsmi olaraq açdıq. Ondan əvvəl Naxçıvan, Şahbuz, Culfa şəhərlərinin içməli su layihələri başa çatıb. Digər şəhərlərdə işlər gedir və bütün şəhərlərin içməli su-kanalizasiya problemləri həll olunacaqdır.

Avtomobil yolları salınır. Hazırda Culfa-Ordubad avtomobil yolu salınır və bu yol şəhərlərarası yollar arasında sonuncu layihədir. Bundan əvvəl bütün digər şəhərlərarası yollar - Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa yolları tam təmir olunub, salınıb və istifadəyə verilib".

İlham Əliyev bildirib ki, bütün bu infrastruktur artıq Naxçıvanın güclü potensialını təmin edir: "Sosial məsələlərin həlli, tikilən xəstəxanalar, məktəblər, Olimpiya mərkəzləri, mədəniyyət ocaqları - son illər ərzində görülən bütün bu işlər, əlbəttə ki, respublikanın potensialını artırır. Naxçıvan şəhər xəstəxanası, doğum mərkəzi, müalicə-diaqnostika mərkəzi, bütün şəhərlərin mərkəzi rayon xəstəxanaları tikilib. Yəni, böyük quruculuq işləri aparılır".

Prezident vurğulayıb ki, iqtisadiyyatın real sektorunun inkişafına da böyük diqqət göstərilir: "Sənaye müəssisələri yaradılır, ixrac imkanları artır, kənd təsərrüfatı uğurla inkişaf edir. Naxçıvan özünü taxılla təmin edir. Qəbul edilmiş son qərarlar kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Bitkiçiliklə bağlı pivot suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulur. Heyvandarlıqla bağlı süni mayalanma mərkəzi yaradılır ki, potensial daha da böyük olsun".

Tək ayaq üstə durmaq üçün ikiqat səy göstərən qəhrəmanın hekayəsi like
  • 16 May 16:29  
Digərləri Tək ayaq üstə durmaq üçün ikiqat səy göstərən qəhrəmanın hekayəsi

“Əngəlsiz arzular” kitabı çox yaxında “3 alma” əmtəə nişanı i

arrow Ətraflı
"Mario Balotelli ilə mütləq danışacam" like
  • 16 May 16:28  
İdman "Mario Balotelli ilə mütləq danışacam"

İtaliya millisinin yeni baş məşqçisi Roberto Mançini milliyə

arrow Ətraflı
UNEC-ə yeni prorektor təyin olunub like
  • 16 May 16:24  
Digərləri UNEC-ə yeni prorektor təyin olunub

Anar Rzayev UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru və

arrow Ətraflı
Bərdədə DƏHŞƏTLİ QƏZA: like
  • 16 May 16:22  
Digərləri Bərdədə DƏHŞƏTLİ QƏZA:

Bərdədə isə sərnişin qatarı traktorla toqquşub.

arrow Ətraflı
Azərbaycanda iki televiziyaya yayım hüququ verilib like
  • 16 May 16:21  
Digərləri Azərbaycanda iki televiziyaya yayım hüququ verilib

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçir

arrow Ətraflı
Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir like
  • 16 May 16:19  
Dünya Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

Ermənistan paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın iqamətgahı qarş

arrow Ətraflı
“Müğənnilər məndən uzaqlaşıblar...” like
  • 16 May 16:17  
Şou-biznes “Müğənnilər məndən uzaqlaşıblar...”

“Kimin cürəti çatıb mənə deyə bilər ki, yaxşı mahnı vermədi”

arrow Ətraflı
Vergilər Nazirliyinin rəhbərliyində dəyişikliklər like
  • 16 May 16:15  
Digərləri Vergilər Nazirliyinin rəhbərliyində dəyişikliklər

Azərbaycan Vergilər Nazirliyinin aparatına yeni rəhbər təyin olunub

arrow Ətraflı